Xəbər lenti

Belarus ölüləri mühakimə edə biləcək - Qanun qəbul olundu
Dünya12:57 15.06.2023

Belarus ölüləri mühakimə edə biləcək - Qanun qəbul olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Belarus parlamenti Baş prokurorluğun ölən şəxslərə qarşı cinayət işlərinin başlanması üçün cinayət-prosessual məcəllənin dəyişdirilməsi təşəbbüsünü iki oxunuşda qəbul edib. 
Qaynarinfo xəbər verir ki, bu barədə "DW Belarus" məlumat yayıb.
Qəbul edilmiş qanun layihəsinə əsasən, ölən şəxslərə qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə, o cümlədən təcavüzkar müharibə hazırlama və ya aparma, soyqırım, ekosid, müharibə qanunlarını və adət-ənənələrini pozma, terror aktı, insan təhlükəsizliyinə qarşı cinayətlərə görə iş açıla bilər.
Əvvəllər bu cinayətlər üzrə cəlbetmə müddətsiz idi, indi Belarus Respublikasının hakimiyyət orqanları artıq ölmüş müttəhimlərin həmin maddələr üzrə mühakimə olunması imkanını qanuniləşdirmək istəyirlər.
İstintaqın təqsirləndirilən şəxs kimi tanıdığı mərhumun məhkəmədə maraqlarını yaxınları təmsil edə biləcəklər. Qanun layihəsinə görə, ona vəkil təyin olunacaq, ondan imtina etmək olmaz.
Cinayət-Prosessual Məcəlləyə dəyişikliklər 2021-ci ildən İkinci Dünya müharibəsi zamanı "Belarus xalqının soyqırımı ilə bağlı” işi araşdıran Belarus Respublikası Baş prokurorluğunun təşəbbüsü ilə edilib. Qanun Respublika Şurası tərəfindən təsdiqləndikdən və Aleksandr Lukaşenko tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.
Nizami Bağırov