Xəbər lenti

Belarus səfiri Ermənistan XİN-ə çağırıldı
Siyasət17:02 08.02.2022

Belarus səfiri Ermənistan XİN-ə çağırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Belarusun Ermənistandakı səfiri Aleksandr Konyuk Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə TASS-a açıqlamasında Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan məlumat verib.
Görüşün təfərrüatları isə açıqlamayıb.
Diplomat Belarus prezidenti Aleksandr Lukaşenkonun Ermənistanın postsovet məkanında ölkələrin birləşməsi prosesində üzvlüyünün perspektivləri ilə bağlı bəyanatından sonra Xarici İşlər Nazirliyinə çağrılıb.
Lukaşenko rusiyalı jurnalist Vladimir Solovyova müsahibəsində postsovet məkanında suveren dövlətlərin birləşməsi perspektivlərindən danışarkən "Ermənistanın gedəcək yeri yoxdur” açıqlamasını verib.