Xəbər lenti

Belarus sentyabrın sonunda genişmiqyaslı hərbi təlimlər keçirəcək
Dünya04:44 18.09.2023

Belarus sentyabrın sonunda genişmiqyaslı hərbi təlimlər keçirəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Belarus Təhlükəsizlik Şurasının dövlət katibinin müavini Pavel Muraveyko bildirib ki, sentyabrın sonunda ölkəsinin ərazisində irimiqyaslı hərbi təlimlər keçiriləcək. Təlimlərin Belarusun hansı hissəsində keçiriləcəyi dəqiqləşdirilməyib.
Qaynarinfo "Kommersant"a istinadən xəbər verir ki, o, bu barədə STV dövlət televiziya kanalında bildirib.
"Təlimlərdə bir qayda olaraq, dövlətin hərbi təşkilatının bütün elementləri, ərazi müdafiəsi də iştirak edir. Son təlimə könüllülər də cəlb olunacaq”, - Pavel Muraveyko bildirib. O, dəqiqləşdirib ki, təlimlər təxmini olaraq sentyabrın 20-dən 26-na kimi baş tutacaq.
Qeyd edək ki, dünən səhər saatlarında Polşa Müdafiə Nazirliyi hərbi təlimlərin keçirildiyini elan edib. Təlimlər ölkənin şərq hissəsində Varşava yaxınlığında keçirilib. Sentyabrın 17-də bir gün davam edən təlimlərdə bu yaxınlarda ABŞ və Cənubi Koreyadan alınmış yeni hərbi texnika istifadə olunub. 
Nizami Bağırov