Belarusun nəqliyyat və rabitə naziri Aleksey Avramenko 47 yaşında vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Avramenkonun ölüm səbəbi açıqlanmayıb.
"İyulun 4-də Belarusun nəqliyyat və rabitə naziri Aleksey Avramenko 47 yaşında qəflətən vəfat edib. Biz Aleksey Nikolayeviçin ailəsi, qohumları və yaxınlarına dərin hüznlə başsağlığı veririk", deyə nazirliyin məlumatında bildirilib.
Aleksey Avramenko 1977-ci ildə Minskdə anadan olub. 1999-cu ildə Belarus Dövlət Politexnik Akademiyasını, 2010-cu ildə Belarus Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirib. 2000-2001-ci illərdə Belarus Nəqliyyat və Rabitə Nazirliyi yanında Avtomobil Yolları Komitəsinin yol şəbəkəsinin istismarı şöbəsinin baş mütəxəssisi, 2001-2006-cı illərdə Belavtodor İdarəsinin yol şəbəkəsinin istismarı şöbəsinin baş mütəxəssisi işləyib. 2006-cı ildən Belarus Respublikası Nazirlər Soveti Aparatının Nəqliyyat və Kommunikasiyalar şöbəsində müxtəlif vəzifələrdə çalışıb. 2012-ci ildə Nazirlər Soveti Aparatının Nəqliyyat və Kommunikasiyalar Departamentinə rəhbərlik edib.
2013-cü ildə nəqliyyat və kommunikasiyalar nazirinin müavini, 2016-cı ildə birinci müavini təyin edilib. O, 2019-cu il 15 yanvarından nazir vəzifəsi tuturdu.
Aydın