"Vesna” insan haqları mərkəzinin verdiyi məlumata görə, 15 noyabrda Belarusda 1127 nəfər saxlanılıb.
Qaynarinfo xəbər verir ki, məlumata görə, insanların çoxu Minskin payına düşüb. Bundan əlavə, polis Qomel, Svetloqorsk, Novoqrudok, Bobruisk, Qrodno, Pinsk, Brest, Novopolotsk, Baranoviçi, Moqilev, Osipoviçi, Jlobin, Molodeçno, İvye şəhərlərində də həbslər aparıb.
Bundan əvvəl Minsk şəhər İcraiyyə Komitəsinin polis idarəsi Belarus paytaxtındakı həbsləri və müxalifətə qarşı xüsusi texnikanın istifadəsini təsdiqləmişdi. Bundan başqa adamlara qarşı səs bombası atılıb, rezin güllələrdən istifadə edilib və s.
Belarusda insanlar üç aydır Aleksandr Lukaşenkonun altıncı prezidentlik müddətinə etiraz edirlər. Buna cavab olaraq, o, özünü xalq tərəfindən seçilmiş prezident adlandırır və heç yerə getməyəcəyini bildirir.
Alpər