Xəbər lenti

Belarusdan “Ryanair”in KQB zabiti tərəfindən endirilməsi ittihamına cavab - Absurd
Dünya11:24 15.12.2021

Belarusdan “Ryanair”in KQB zabiti tərəfindən endirilməsi ittihamına cavab - Absurd

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Belarus müxalifətinin lideri Roman Protaseviçin həbsi üçün Minskə məcburi eniş edən Ryanair təyyarəsinin pilotu özü Vilnüsə yox, Minskə enmək qərarına gəlib və eyni zamanda "təlimatları pozub”.
Qaynarinfo rosbalt.ru-ya istinadla xəbər verir ki, bu sözləri rəhbəri Belarus Nəqliyyat Nazirliyinin aviasiya üzrə departamentinin rəhbəri Artem Sikorski deyib.
Məmur pilotun Minsk hava limanının dispetçeri ilə söhbətinin dərc olunduğu səs yazılarına münasibət bildirib. Onun sözlərinə görə, "qırmızı” fövqəladə hal kodunu alan pilot "ən yaxın aerodroma enməli” olub və həmin an ən yaxın hava limanı Vilnüs hava limanı olub.
Sikorski vurğulayıb ki, guya bu qərarı pilot özü verib və qaydalara görə, təyyarə Varşava və ya Vilnüsdəki baza hava limanına uçmalı idi.
Eyni zamanda o, dispetçer nəzarət otağında olan Belarus KQB zabitinin dispetçerə göstəriş verməsi ilə bağlı yayılan xəbərləri "absurd” adlandırıb.
Xatırladaq ki, bundan bir qədər əvvəl Polşa hakimiyyəti dispetçerin təyyarənin pilotu ilə apardığı danışıqların qeydlərini dərc edib. Xüsusilə, bu danışıqlar zamanı pilot təyyarəni Minsk hava limanına endirmək tövsiyəsinin kimdən gəldiyini dispetçerdən soruşur.
Alpər