Xəbər lenti

“Belaruskali” Lukaşenkoya etiraz olaraq filiz hasilatını dayandırdı
Dünya07:44 19.08.2020

“Belaruskali” Lukaşenkoya etiraz olaraq filiz hasilatını dayandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 "Belaruskali” zavodunda elan edilmiş tətil istehsalın çox hissəsini əhatə edir. Qaynarinfo xəbər verir ki, bu haqda tətil komitəsinin həmsədri Anatoli Bokun deyib. O, xüsusilə, filiz hasilatının dayandırıldığını qeyd edib. 
Dörd mədən fabrikindən yalnız biri fəaliyyət göstərir. Eyni zamanda tətil iştirakçıları misli görünməmiş təzyiq altındadır. Xüsusilə, insanları işdən çıxarmaqla təhdid edirlər, onlar qorxu içindədir, amma öz fikirlərindən geri çəkilmirlər.
Xatırladaq ki, bir çox Belarus fabrikinin işçiləri Aleksandr Lukaşenkonun 6-cı dəfə ölkə prezidenti seçilməsinə qarşı çıxıblar. Ölkədəki əmək kollektivləri siyasi repressiyalara son verilməsini, siyasi məhbusların azad edilməsini və dövlət başçısı vəzifəsinə yeni seçkilərin keçirilməsini tələb edirlər.
Alpər