Xəbər lenti

Belaruslar Lukaşenkonun qanuni hakimiyyətinin bitdiyini elan etdi
Dünya14:15 05.11.2020

Belaruslar Lukaşenkonun qanuni hakimiyyətinin bitdiyini elan etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

5 noyabrda Belarusda Qay Foks xüsusi gecəsi baş tutacaq.

Qaynarinfo xəbər verir ki, karnaval formatlı aksiya haqqında "Pramen” ("Luç”) dərnəyinin anarxistləri məlumat veriblər.

Onlar Minsk və bölgələrin sakinlərini birləşməyə və Aleksandr Lukaşenkonun "son qanuni müddətinin" bitməsini qeyd etməyə çağırıblar. Lukaşenkonun ardıcıl beşinci prezidentlik müddəti 5 noyabrda sona çatıb və yeni dövr prezidentliyinə qarşı rezonanslı etirazlar başlayıb.

Karnavalların şüarı inqilabçı Emma Qoldmanın "Əgər rəqs edə bilmirəmsə, bu mənim inqilabım deyil" sözləridir.

Minskdə bir çox yaşayış sahəsi etiraz adalarına çevrilib, Minsk sakinləri həyətlərində "dəyişiklik DJ-ləri” yazılmış qrafiti yerləşdiriblər, ağ-qırmızı-ağ bayraqlar asılıb, etiraz ruhunda müxtəlif infrastruktur obyektlərini yaradıcılıqla yenidən qurulub və s. Kommunal xidmətlər müntəzəm olaraq Lukaşenkoya qarşı fəaliyyətin izlərini məhv edir, ancaq onlar yenə meydana çıxırlar.

Alpər