Xəbər lenti

Belarusun ardınca Qırğızıstan: Seçkidən sonra çoxminlik etirazlar başladı (VİDEO)
Dünya14:51 05.10.2020

Belarusun ardınca Qırğızıstan: Seçkidən sonra çoxminlik etirazlar başladı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ümumi seçkilərdən sonra Bişkekin mərkəzində minlərlə etirazçı toplanıb.

Qaynarinfo xəbər verir ki, insanlar dünən keçirilən parlament səsvermənin nəticələrinə etiraz olaraq ayağa qalxıb. "Kaktus Media” xəbər verir ki, MSK-nın ilkin hesablamalarına görə, 16 partiyadan cəmi üçü baryeri aşa bilib.

Znak.com yazır ki, aparıcı müxalif Sosial Demokrat Partiyasının tərəfdarları prezident iqamətgahının yaxınlığındakı Ala-Too Meydanına toplaşaraq təkrar seçki keçirilməsini tələb etdilər. Etirazçılar dövlət başçısının sarayının yanında çadır şəhərciyi qurmaqla da hədələyiblər.

Xəbər verildiyi kimi, Qırğızıstanda parlament seçkisinə 1912 namizəd qeydə alınıb. Mübarizə 120 mandat uğrunda aparıldı. Qırğızlar yaxın tarixdə iki dəfə liderlərini devirib. 2005-ci ildə Prezident Askar Akayev "Lalə İnqilabı” nəticəsində ölkədən qaçıb; beş il sonra xalq Kurmanbek Bakiyevin hakimiyyətini devirib, o isə Belarusa sığınıb.

Alpər

<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/1dtdtZtybHs" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">