Xəbər lenti

Belarusun Haaqadakı səfirliyi dağıdıldı, divarlarına qraffitlər həkk edildi
Dünya15:10 02.07.2023

Belarusun Haaqadakı səfirliyi dağıdıldı, divarlarına qraffitlər həkk edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Belarusun Haaqadakı səfirliyi naməlum şəxslərin hücumuna məruz qalıb. 
Qaynarinfo "Omroep West" yerli nəşrinə istinadla xəbər verir ki, binanın pəncərələri sındırılıb, divarlarda qraffitilər peyda olub.
Naməlum şəxsin üç pəncərəni sındırdığı, divarlarında ittihamlarla qırmızı-qara qraffitilər qoyduğu bildirilir.
Polis ərazini mühasirəyə alıb. Faktla bağlı araşdırma aparılır. Cinayət törətməkdə şübhəli bilinən 31 yaşlı kişinin artıq saxlanıldığı bildirilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları şəxsi məlumatları, o cümlədən onun vətəndaşlığını açıqlamır.
Alpər