Ukrayna Rusiyanın işğal etdiyi ərazilərdən zorla çıxardığı ukraynalı uşaqların deportasiyasında Belarusun rolunu araşdırır.
Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş prokurorluğu məlumat
yayıb.
Porkurorluq aydınlaşdırıb ki, 19 mindən çox uşağın işğal olunmuş Donetsk, Luqansk, Zaporojye, Xerson və Xarkov vilayətlərindən, o cümlədən Belarusa məcburi aparılması - deportasiyası faktı ilə bağlı cinayət işi başlanıb.
"Hazırda sözügedən cinayət işinin tərkib hissəsi kimi ukraynalı uşaqların Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindən Belarusdakı "sağlamlıq düşərgələri” adlanan yerlərə aparılması faktı və şəraiti araşdırılır.
Belarus tərəfi deportasiya ilə bağlı dərc olunmuş faktlarla bağlı nəşrin sorğusuna cavab verməyib.
Qeyd edək ki, bir müddət əvvəl Belarus müxalifəti Lukaşenko hökumətinin Rusiyanın işğal etdiyi Ukrayna ərazilərindən uşaqların qanunsuz deportasiyasında iştirak etdiyi barədə hesabat yayıb.
Sənəddə bildirilirdi ki, 2150 ukraynalı uşaq, o cümlədən 6-15 yaşlı kimsəsiz uşaqlar Belarus ərazisindəki "istirahət düşərgələrinə” və "sanatoriyalara” göndərilib.
Martın 17-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsi ukraynalı uşaqların Rusiyaya deportasiyası ilə bağlı hərbi cinayətlər törətməkdə şübhəli bilinən Rusiya prezidenti Vladimir Putin və Rusiyanın uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib.
Nizami Bağırov