Xəbər lenti

Belçika bütün Aİ ölkələrində pirotexniki vasitələrin qadağan olumasını istəyir
Dünya 21:41 03.01.2025

Belçika bütün Aİ ölkələrində pirotexniki vasitələrin qadağan olumasını istəyir

Belçikada pirotexniki vasitələrdən istifadə ilə bağlı Yeni il gecəsi baş verən bir çox insidentdən sonra bu məhsulların fərdi şəxslərə satışının qadağan edilməsi məsələsi müzakirə olunur. Belə bir qərarın Avropa səviyyəsində də həyata keçirilməsi ilə bağlı müzakirələr gedir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" yazıb.

Ölkənin Flamand merləri pirotexniki vasitələrinin satışına Avropa embarqosu tətbiq etməyə çalışsa da, heyvan hüquqları müdafiəçiləri deyirlər ki, ilk növbədə milli qadağan olmalıdır.

Belçikanın bir neçə bələdiyyəsinin artıq pirotexniki vasitələrinin satışına yerli qadağalar tətbiq etdiyi məlumdur və Flamand Şəhərləri və Bələdiyyələri Assosiasiyası (VVSG) hər beş bələdiyyə sədrindən dördünün ölkə miqyasında qadağanı görmək istədiyini bildirir.

"Biz ildən-ilə qurbanların artıdığını, insanların ayaqlarından və qollarından yaralandığını görürük. Həmçinin görürük ki, bəzi insanlar fövqəladə hallar xidmətinin işçilərinə və polis əməkdaşlarına qarşı pirotexniki vasitələrdən istifadə edirlər. Vəziyyət xeyli gərginləşib", deyə insan haqları qrupunun mətbuat katibi Natali Debast müsahibəsində vurğulayıb. 

Brüsseldə yerli pirotexniki vasitələrin qadağan edilməsinə baxmayaraq, şəhərin mərkəzində bir neçə məşəl və fişənglər işə salınıb. O cümlədən, Yeni il gecəsi Belçikanın paytaxtında 159 nəfər həbs edilib, ümumilikdə isə polis bütün şəhər üzrə 1700-dən çox insident qeydə alıb.

Eyni zamanda, VVSG-nin fikrincə, satış qadağası Avropa İttifaqının bütün ölkələrinə şamil edilməlidir ki, insanlar pirotexniki vasitələri almaq üçün sadəcə sərhədi keçməklə ondan yayına bilməsinlər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->