
Belçikada mayın 25-də keçirilən federal seçkilərdən sonra hökumət və parlament istefaya göndərilib.
“Media forum” saytının məlumatına görə, Belçikanın baş naziri Elio Di Rupo mayın 26-da kral Filippə Nazirlər Kabinetinin istefaya göndərilməsi ilə bağlı müraciət edib. Elio Di Rupo yeni hakim koalisiyanın formalaşdırılması ilə bağlı əsas siyasi partiyaların məsləhətləşmələrə başladığını da vurğulayıb.
Dünən keçirilən seçkilərdə Flandriyada (şimal) Yeni Flamand Alyansı səslərin 33%-ni toplayıb.
Fransızdilli Valloniyada (cənub) isə baş nazirin Sosialist Partiyası qalib gəlib.
Qaynar.info