Xəbər lenti

Belçika kitabxanalarına Azərbaycana dair kitablar təqdim ediləcək
Foto 11:43 02.09.2025

Belçika kitabxanalarına Azərbaycana dair kitablar təqdim ediləcək

Fireland Azərbaycanlılar Birliyi Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyinin dəstəyi ilə yeni layihəyə başlayıb. 

Qaynarinfo xəbər verir ki, layihə çərçivəsində Belçikanın böyük şəhərlərində yerləşən kitabxanalara, o cümlədən universitet kitabxanalarına Azərbaycana dair ingilis və fransız dillərində kitablar təqdim ediləcək.

İlk mərhələdə Gent şəhərində yerləşən De Krook şəhər kitabxanasına müxtəlif kitablar hədiyyə olunub. Keçən həftə Birliyimiz tərəfindən kitabxanaya Azərbaycan mədəniyyəti, incəsənəti, tarixi abidələri, musiqi alətləri, ədəbiyyatı və milli mətbəxi haqqında kitablar təqdim edilib. 

Qeyd edək ki, Gent şəhər kitabxanasında dünyanın müxtəlif ölkələrinin müxtəlif dillərdə kitabları mövcuddur. Təqdim olunan  kitablarla kitabxanada artıq Azərbaycan bölməsi də yaradılacaq. 

Bu, Belçikada Azərbaycan tarixi abidələrini, mədəniyyət, musiqi, incəsənət və milli mətbəxini tanıtmaq üçün bir layihədir.

Layihə çərçivəsində növbəti günlərdə Brüssel, Leuven və Antwerpen şəhər kitabxanalarına da kitablar təqdim ediləcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->