İdman 15:11 08.02.2023

Belçika millisində yeni baş məşqçi

Belçika millisinin yeni baş məşqçisi müəyyənləşib.
 
Qaynarinfo-nun məlumatına görə, bu vəzifəyə italiyalı Domeniko Tedesko təyin edilib. Bu barədə Belçika Futbol Federasiyası məlumat yayıb. Açıqlamada Roberto Martinezin boş qoyduğu postu 37 yaşlı mütəxəssisə tapşırılıb. 

Daha əvvəl "Erzgebirge Aue”, "Şalke 04” və Moskvanın "Spartak” klublarını çalışdıran Tedesko son olaraq "Leyptsiq"də çalışıb. Gənc məşqçi ötən il Almaniya kubokunun qalibi olduğu "Leyptsiq"dən mövsümün əvvəlində ayrılıb.

Qətərdə keçirilən dünya çempionatında qrupdan çıxa bilməyib və Martinezin 6 illik Belçika karyerası başa çatıb.
 
Səbuhi Həsənov