Belçikada bir qrup yol polisi çalışma şərtləri, əmək haqqıların azlığı və təqaüdə çıxma şərtlərinə ilə əlaqədar hökumətə etiraz ediblər.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, etiraz forması olaraq isə həmin polislər 2 həftə müddətində cərimə yazmayacaqlar. Belə ki, onlar noyabrın 15-nə kimi qaydaları pozan sürücülərə sadəcə xəbərdarlıq etməklə kifayətlənəcəklər.
Qeyd edək ki, bir müddət öncə hökumətin qərarına etiraz edən yüzlərlə polis Avropa Birliyi Liderlərinin Sammiti günü xəstəliklə əlaqədar məzuniyyət icazəsindən istifadə etmişdilər.