
Bakıda 17 yaşadək futbolçulardan ibarət millilər (U-17) arasında keçiriləcək Avropa çempionatında yığmamızın rəqiblərindən olan Belçika ölkəmizə gəlməzdən öncə Azərbaycana salam göndərib.
Qaynarinfo.az həmin videoroliki təqdim edir.
Qeyd edək ki, Belçika millisi dünən saat 21:10-da Bakıya gəlib. Dünən həmçinin Fransa və Almaniya kimi turnirin favoritləri də Azərbaycana təşrif buyurub. Bu gün saat 00:55-də isə yığmamızın digər rəqibi Şotlandiya gəlib.
Qaynarinfo.az