Keçmiş ABŞ rəsmiləri ilə Moskvada yüksək rütbəli məmurlar arasında qeyri-rəsmi danışıqlarda Vaşinqton Rusiyaya Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində yeni, ədalətli referendumların keçirilməsinə kömək etməyi təklif edib.
Qaynarinfo xəbər verir ki, bu barədə danışıqlarda iştirak edən amerikalı siyasətçi "The Moscow Times"a
bildirib.
Belə bir təklif Vaşinqton tərəfindən rəsmi olaraq verilsə, ABŞ və Ukrayna arasında ziddiyyət yarada bilər. Bununla belə, Ağ Evin əvvəlki açıqlamaları ABŞ və Rusiya arasında bu kommunikasiya kanalının məqsədinin fərqli ola biləcəyini göstərir.
Nəşrin həmsöhbətinin sözlərinə görə, Vaşinqton yeni referendumda işğal olunmuş ərazilərin sakinlərinə Rusiyanın, yoxsa Ukraynanın tərkibində olmaq istədiklərini soruşmağı təklif edib. Rusiya tərəfi bu təklifi rədd edib.
Mənbə bildirib ki, ABŞ-ın keçmiş diplomatları ilə Rusiya rəsmiləri arasında təmaslar ayda ən azı iki dəfə olur. Onlar tez-tez onlayn olur, lakin The Moscow Times-ın mənbəsi qeyd edir ki, o, ən azı üç ayda bir dəfə Moskvaya səfər edir.
Nəşrin mənbəsinin bildirdiyinə görə, danışıqlar zamanı məlum olub ki, Ukraynanın işğal olunmuş əraziləri geri qaytarmaq şansları çox azdır. Mənbə deyir ki, Krımı itirmək riski, demək olar ki, Moskvanı taktiki nüvə silahından istifadə etməyə təhrik edəcək.
Danışıqlar zamanı ABŞ rəsmiləri Rusiya rəsmilərini əmin ediblər ki, Vaşinqtonun öz ətrafında sabitliyi qoruya biləcək kifayət qədər güclü Rusiyaya ehtiyacı var. Eyni zamanda, o vurğulayıb ki, Vaşinqton Ukraynanı da "tək buraxmır”: "Əksinə, biz Rusiyanı Avropa təhlükəsizliyində daha təsirli oyunçu kimi geri qaytarmaqla Ukraynanın müstəqilliyinə zəmanət vermək yollarını tapmaq istəyirik”.
Mənbənin sözlərinə görə, ABŞ tərəfi Rusiyaya bir neçə diplomatik kanal yaratmağı təklif edib: ABŞ, Avropa İttifaqı, Ukrayna və qlobal cənubla.
Rusiya tərəfi buna cavab olaraq Kremlin mövqeyini ifadə edə bilməyib:
"Onlar qələbə və ya məğlubiyyətin nə demək olduğunu müəyyənləşdirə bilmirlər", - mənbə bildirib. Onun sözlərinə görə, Rusiya elitasının bəzi nümayəndələri hətta müharibəni səhv adlandırıblar. Bununla belə, müharibə artıq gedir və alçaldıcı məğlubiyyət Moskva üçün seçim deyil, - deyə mənbə bildirib.
Qəzetin mənbəsi hesab edir ki, indi danışıqlar dalana dirənib. "Putin bütün irəliləyişə əsas maneədir”, - mənbə bildirib. Onun sözlərinə görə, Ağ Ev ən azı bir dəfə Kremllə danışıqlar aparmağa cəhd edib, lakin Putin bundan imtina edib.
The Moscow Times öz mənbəsinin adını çəkmir, lakin amerikalı jurnalist Yuliya Yoffe (The Washington Post, Forbes, Politico-da dərc olunub) onun Corc Buşun Rusiya üzrə keçmiş müşaviri, politoloq Tomas Qrem ola biləcəyini ehtimal edib. Mariya Zaxarova Sergey Lavrovun Qremin də daxil olduğu Beynəlxalq Münaisbətlər Şurasının (CFR) üzvləri ilə görüşü barədə məlumat verib.
Qəzetin yazısını şərh edən London Kral Kollecinin Rusiya İnstitutunun direktoru Sem Qrin yazıb ki, o, ABŞ və Rusiyanın bu cür kommunikasiya kanallarına ehtiyacı olduğuna şübhə etmir, lakin onlardan danışıqlar üçün deyil, məlumat toplamaq üçün alət kimi istifadə edirlər. Rusiyanın Cenevrədə yerləşən BMT-dəki missiyasının keçmiş müşaviri Boris Bondaryov yazıb ki, Vaşinqton bu cür danışıqların nəticəsinə ümid edə bilər, lakin sonda onların iştirakçılarının Moskva tərəfindən "aldandığını" görəcək.
Xatırladaq ki, iyulun əvvəlində NBC News telekanalı Rusiya və ABŞ arasında qeyri-rəsmi danışıqlar barədə məlumat yayıb. Vaşinqtondan danışıqlarda iştirak edənlər arasında kanal Riçard Haas, Çarlz Kupçan, Tomas Qrem, ABŞ müdafiə nazirinin keçmiş müavini Meri Bet Lonqun adını çəkib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu xəbəri "yanlış məlumat” adlandırıb. Onun sözlərinə görə, Amerika tərəfi Rusiya xarici işlər naziri Sergey Lavrovun politoloqlar və ictimai xadimlərlə mütəmadi olaraq keçirdiyi müzakirələri "görüş” kimi təqdim etməyə çalışır”.
ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Ağ Ev danışıqlardan xəbərdardır, lakin ABŞ administrasiyasının hazırkı əməkdaşları danışıqlarda iştirak etmir. Üstəlik, Ağ Ev hesab edir ki, bu cür danışıqlar Ukraynanın iştirakı olmadan aparıla bilməz, - Kirbi bildirib.
Nizami Bağırov