
Müştərilər bu marketə maşınla girəcək
Türkiyədə qeyri-adi super market layihəsi təqdim edilib. Şirkət iki mərtəbəli mağazanın fırlanan rəflərlə təchiz olunmasını təklif edir. Mağazaya daxil olan avtomobil rəflərin arasından keçir.
Bu zaman sürücü istənilən məhsulu seçə bilər. Rəflərin xüsusi quruluşu hər hansı bir məhsulun axtarışını daha asan edir. Seçilən ərzaq və digər məhsullar kassaya avtomatik yollanır. Tərtibatçıların sözlərinə yeni növ mağazalar istifadəçilərin vaxtına sahibkarların isə puluna qənayət edəcək.
Onlar həmçinin bu mağazada insanların hər hansı bir ərzaq məhsulunu alınmasının unudulmasını qeyri mümkün hal adlandırılar. Rəflərin avtomatik çevirilməsi mağazada təqdim olunan bütün məhsulların insanların nəzərində saxlanılmasını təmin edir./ANS-TV/