Xəbər lenti

Belə olardısa, onun fikrincə, Hadrutu, Şuşanı da itirməyəcəkdilər... - Politoloq
Siyasət09:56 06.10.2021

Belə olardısa, onun fikrincə, Hadrutu, Şuşanı da itirməyəcəkdilər... - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Erməni cəmiyyəti, müxalifət məğlubiyyətin acısını Paşinyanın üzərinə atır. Ermənistanı pis günə qoyan Köçəryan, Sərkisyan və digər yanlar bu yolla Paşinyanın cəmiyyətdə nüfuzdan düşməsinə çalışır. Bu mənada Paşinyanın verdiyi bu açıqlama isə onun haqlı olduğunu bir daha ortaya çıxardı”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Litvada səfərdə olan Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanla olan müharibənin baş verməməsi üçün torpaqların vaxtında geri qaytarılması, qeyd-şərtsiz 7 rayonun işğalına son verilməsi vacibliyi barədə etirafına münasibət bildirərkən deyib. 
Həmsöhbətimizin fikrincə, Paşinyanın bu açıqlaması erməni auditoriyasına hesablanıb:  
"44 günlük müharibə başlanandan bir neçə gün sonra Nikol Paşinyan parlamentdə çıxış edərək bildirdi ki, işğal etdikləri torpaqları Minsk Qrupunun təklifinə uyğun şəkildə qaytarmaq yolu ilə müharibəni saxlaya bilər. Lakin Ermənistan parlamenti Paşinyana bu hüququ vermədi və müharibəni davam etdirməyə qərar verdi. Belədə Paşinyan əslində həmin çıxışı ilə məğlub olmalarının məsuliyyətini boynundan götürdü. Bundan sonra parlament həmin məsələ ilə bağlı Paşinyanı heç nədə ittiham edə bilmir”. 
Ekspert qeyd edir ki, erməni müxalifəti cəmiyyətdə Paşinyan barədə xain və davakar obrazı formalaşdırmağa çalışır:
"Belədə insanları inandırmaq üçün məğlubiyyətdə məsuliyyəti yenidən onun üzərinə atmağa çalışırlar. Paşinyan da üzərinə yönələn bu iddianın qarşısını almaq üçün vaxtilə parlamentdə səsləndirdiyi fikirləri bir daha yada salaraq, müharibəni dayandırmaq üçün dava salmadan işğal etdikləri torpaqları geri qayratmağın vacibliyini təkrarlayıb. Belə olardısa, Paşinyanın fikrincə, ermənilər Hadrutu, Şuşanı da itirməyəcəkdilər. Parlamentin müharibə ilə bağlı əks qərarı nəticədə Ermənistanı daha pis vəziyyətə saldı. Parlament üzvlərinə erməni hərbçiləri açıq şəkildə bildirmişdilər ki, guya qalib gələcəklər. Gizli şəkildə hökumətə isə uduzacaqlarını yazmışdılar. Nəticədə bu ikiüzlülük erməni cəmiyyətinin torpaqları döyüşsüz qaytarmağa hazır olmamasına gətirib çıxardı. Döyüşdülər və uduzdular”.
Rüfət Sultan