Xəbər lenti

Bələdiyyə Məclisinin deputatı güllələndi
Dünya05:47 16.01.2014

Bələdiyyə Məclisinin deputatı güllələndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gecə Kosovonun şimalında yerləşən, serblərin məskunlaşdığı Kosovska-Mitrovitsa şəhərində yerli Bələdiyyə Məclisinin deputatı Dimitriye Yaniçeviç güllələnib.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, 35 yaşlı siyasətçi evinin yaxınlığında avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.

 Cinayətin motivləri və onu törədənlər hələ müəyyən olunmayıb, polis istintaq aparır.

 D.Yaniçeviç 2013-cü ilin noyabrında keçirilən seçkilərdə Kosovska-Mitrovitsa şəhərinin meri postuna namizədlərdən biri olub.

Qaynar.info