Yeni Zellandiyanın Dunedin şəhərində bələdiyyə şurasının onlayn iclasınma maraqlı hadisə yaşanıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bələdiyyə üzvü olan Devid Benson-Pop bilmədən konfransa alt paltarında qatılıb. İclasın hələ başlamadığını düşünən 70 yaşlı sabiq millət vəkili 30 saniyə boyunca kitabların tozunu alarkən kadra düşüb.
O, iclasa bilərəkdən belə qatılmadığını, lakin həmkarlarını və videonu izləyənləri əyləndirdiyi üçün məmnun olduğunu söyləyib. Həmçinin özü kimi digərlərinin də belə vəziyyətə düşməməsi üçün video tənzimləmələrini yoxlamağı tövsiyə edib.
Camal
<iframe width="853" height="480" src="https://www.youtube.com/embed/U9hCWeOUMKc" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">