Diversantların Belqorod vilayətinə daxil olması, eləcə də rayon ərazisinin atəşə tutulması ilə əlaqədar yerli hakimiyyət orqanlarının Müdafiə Nazirliyinə sualları var.
Qaynarinfo xəbər verir ki, bunu qubernator Vyaçeslav Qladkov "VKontakte”də canlı yayımda rayon sakinlərinin suallarını cavablandırarkən
deyib.
Belə ki, sakinlərdən biri il yarımdır, xüsusi əməliyyat davam etdirilsə də, "təhlükəsizlik xətti” çəkilsə də, rayonda niyə "sərhəd boşluğu” olduğunu soruşub. "Bizdə hər şey pisdirsə, Müdafiə Nazirliyindən və federal hakimiyyət orqanlarından bölgənin təhlükəsizliyini gücləndirməyi xahiş etmək mümkün deyilmi?", deyə sakin soruşub.
Buna Qladkov cavab verib ki, "Müdafiə Nazirliyinə verdiyinizdən daha çox sualınız var". Onun sözlərinə görə, yerli hakimiyyət orqanları öz səlahiyyətləri daxilində məsələləri həll etməli və "yol verilmiş səhvlərdən” nəticə çıxarmalıdırlar.
Alpər