Xəbər lenti

Ben Stiller və Şon Penin Rusiyaya səfəri qadağan edildi
Dünya18:24 05.09.2022

Ben Stiller və Şon Penin Rusiyaya səfəri qadağan edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya ABŞ-ın şəxsi sanksiyalarına cavab olaraq daha 25 ABŞ vətəndaşının ölkəyə girişini qadağan edib. İş adamları və siyasətçilərlə yanaşı, "stop siyahısı”nda Hollivud aktyorları Şon Penn və Ben Stiller də var.
"Rusofobiya kursunu davam etdirən, ikitərəfli əlaqələri məhv edən və Rusiya ilə ABŞ arasında qarşıdurmanı gücləndirən ABŞ hakimiyyətinin düşməncəsinə hərəkətləri bundan sonra da güclü cavab almağa davam edəcək”, - Rusiya XİN-dən bildirilib. 
Hər iki sənətçi müharibə başlayandan sonra ölkəyə dəstək verdiyinə görə Ukrayna prezidenti Volodimir Zelenskidən dövlət mükafatları alıb.
Aktyor, rejissor və prodüser Şon Penn 2021-ci ilin noyabrında Ukraynaya səfər edib, o zaman ABŞ ordusu artıq Moskvanın Ukrayna sərhədləri yaxınlığında hərbi əməliyyatlara hazırlaşdığını deyirdi. Sonra Penn Maydanda inqilab zamanı hadisələr haqqında sənədli film çəkməyə hazırlaşırdı. O, Kiyevə səfər edib, Azov dənizinə baş çəkib və orada Ukrayna hərbçiləri ilə söhbət edib.
Penn daha sonra fevral ayında Rusiya işğalı başlayanda Ukraynaya gəlib. Aktyor prezident Volodimir Zelenski ilə görüşüb, Baş nazirin müavini İrina Vereşuk, jurnalistlər və hərbçilərlə danışıb. Rejissor, müharibədən zərər çəkmiş ukraynalılara kömək edən CORE təşkilatını təsis edib.
Bundan sonra sənətçi iyun ayında Ukraynaya səfər edib. O, Ukraynadakı müharibə haqqında film çəkmək qərarına gəlib və Buça və İrpendəki döyüşlərin nəticələrini öz gözləri ilə görmək üçün ölkəyə qayıdıb.
Aktyor Ben Stiller iyun ayında qaçqınlar agentliyi ilə birlikdə BMT-nin xoşməramlı səfiri kimi Ukraynaya səfər edib. Stiller səfər çərçivəsində president Zelenski ilə görüşüb.
Nizami Bağırov