Xəbər lenti

Ben Uoelles: Rusiya II Dünya müharibəsindəki faşizmi xatırladır
Dünya 15:50 09.05.2022

Ben Uoelles: Rusiya II Dünya müharibəsindəki faşizmi xatırladır

Rusiya Ukraynaya qarşı müharibəsi ilə 70 il əvvəlin faşizm və tiraniyasını xatırladır. 

Qaynarinfo BBC saytına istinadla xəbər verir ki, bu sözləri Böyük Britaniya naziri Ben Uoelles deyib

Rusiyanın Qələbə günü paradı keçirdiyi ərəfədə danışan Uoelles rus generallarını əcdadlarının qürurlu tarixini oğurlayanlar adlandırıb və onların müharibə cinayətləri məhkəməsi ilə üzləşməli olduqlarını bildirib. 

"Putin, onun yaxın ətrafı və generallar keçən əsrin totalitar rejiminin səhvini təkrarlamaqla 70 il əvvəlin tiraniyası və faşizmini təkrarlayır",- Uoelles Milli Ordu Muzeyində çıxışında deyib. 

O, mülki insanlara qarşı hücumları, qadın və uşaqların hədəf alınmasını, seksual zorakılıq hallarını qeyd edib və bildirib ki, bütün peşəkar əsgərlər Rusiya ordusunun davranışlarından dəhşətə gələr. 

Müdafiə naziri Putinin Rusiyanın keçmişini və gələcəyini məhv etdiyini bildirib. 

Nurlan Hüseynov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->