Yapon dənizində bərə ilə nəhəng balinanın toqquşması nəticəsində 80-dən çox insan yaralanıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Niiqata vilayətinin yaxınlığında baş verib. Qəza nəticəsində gəminin göyərtəsində çat əmələ gəlib.
120 sərnişini olan bərə Sado adasına doğru hərəkət edirdi.