
Serbiya məhkəməsi Rusiyanın tələbi ilə Boris Berezovskinin bu ölkədəki əmlaklarına həbs qoyub.
Qaynar.info xəbər verir ki, mərhum milyarderin bu ölkədəki mülklərinin ümumi məbləği 300 milyon dollar təşkil edir.
Rusiya baş prokurorunun müavini Aleksandr Zvyaqinçev bildirib ki, milyarderin cəmi 7 əmlakına həbs qoyulub.
Qeyd edək ki, martın 23-də Londondakı evində Berezovskinin meyiti aşkarlanmışdı.
Qaynar.info