Xəbər lenti

Berlin Film Festivalının gözlənilməz qalibi (FOTO)
Dünya13:09 17.02.2013

Berlin Film Festivalının gözlənilməz qalibi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropanın ən nüfuzlu Berlin Beynəlxalq Film Festivalının da əsas mükafatı təqdim edilib. Berlinalenin "Qızıl Ayı" mükafatının sahibi gözlənilməz olub. Rumıniya istehsalı olan və Kalin Piter Neçerin lentə aldığı "Körpənin duruşu" adlı sosial dram filmi proqnozları yalan çıxarıb və bütün filmləri üstələyib.

Film körpə uşağı avtomobillə vuran oğlunu cinayət məsuliyyətindən qurtarmağa çalışan despot-anadan bəhs edir.

Bu yaxınlarda həmin film Beynəlxalq Kinomətbuat Federasiyasının mükafatını da qazanmışdı.

Qeyd edək ki, bu il Berlin Beynəlxalq Film Festivalında 19 film yarışırdı. Onların arasında Rusiya, İran və Çin istehsalı olan filmlər də var idi (anspress.com).

Qaynar.info