Xəbər lenti

Berlində avtomobil partlayıb, sürücü ölüb
Dünya15:40 15.03.2016

Berlində avtomobil partlayıb, sürücü ölüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Berlində avtomobil partlayıb.
APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, sükan arxasında olan sürücü ölüb.
Berlin polisinin mətbuat xidməti rəisinin müavini Karsten Müller bildirib ki, hadisənin partlayıcı vasitənin işə salınması nəticəsində baş verdiyi güman olunur.
Berlin prokurorluğu isə sürücünün avtomobilin altına qoyulmuş partlayıcını işə salmaqla özünə qəsd etdiyini istisna etmir.
Ölənin 43 yaşlı türk əsilli şəxs olduğu bildirilir.
Qaynar.info