Xəbər lenti

Berlində çeçen səhra komandirinin rus qatilinə hökm oxundu, YouTube RT-ni blokladı
Dünya06:56 17.12.2021

Berlində çeçen səhra komandirinin rus qatilinə hökm oxundu, YouTube RT-ni blokladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
YouTube rəhbərliyi alman dilində yayıma başlayan gün yeni Russia Today kanalını (RT DE - RT auf Sendung) bloklayıb.
Qaynarinfo xəbər verir ki, RT Rusca-nın Teleqram kanalında verdiyi məlumata görə, RT DE kanalı dekabrın 16-da işə başlayıb.
"Bu gün RT kanalı alman dilində yayıma başlayıb. Təbrik etməyə və Rusiya-Almaniya münasibətləri haqqında danışmağa gəldim", - deyə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Telegram kanalında yazıb.
TASS Google-un Rusiyadakı mətbuat xidmətinə istinadən xəbər verir ki, RT Deutsch kanalı "sentyabrda RT DE-yə qoyulmuş məhdudiyyətlərdən yan keçdiyi üçün” YouTube-dan çıxarılıb.
Qeyd edək ki, bloklama Berlin Ali Məhkəməsinin keçmiş çeçen səhra komandiri Zəlimxan Xanqoşvilinin qətlində təqsirləndirilən rusiyalı Vadim Krasikovu (Sokolov) ömürlük həbs cəzasına məhkum etməsindən bir gün sonra baş verib. Bundan sonra Berlin Rusiya səfirliyinin iki əməkdaşını persona non qrata elan edib.
Xatırladaq ki, sentyabrın 28-də YouTube Almaniyanın iki RT kanalını bərpa etmək imkanı olmadan bloklayıb.
Alpər