Xəbər lenti

Berlindən xəbərdarlıq: Rusiya Avropanı parçalamaq istəyir
Dünya 16:30 20.06.2022

Berlindən xəbərdarlıq: Rusiya Avropanı parçalamaq istəyir

Almaniya elektrik enerjisi istehsalı üçün təbii qazdan istifadəni məhdudlaşdıracaq.
 
Qaynarfino "Aljazeera” saytına istinadla xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyyat naziri bildirib.
 
Nazir deyib ki, Rusiyadan tədarükün kəsilməsi nəticəsində yarana biləcək çatışmazlıqlar fonunda ölkə elektrik enerjisi istehsalı üçün təbii qazdan istifadəni azaldacaq. Qərar Rusiyanın Qərbi Avropaya təbii qaz axınını kəskin şəkildə azaltması nəticəsində enerji qiymətlərinin artmasından sonra verilib.  "Qaz istehlakını azaltmaq üçün elektrik enerjisi istehsalında daha az qazdan istifadə edilməlidir. Bunun əvəzinə kömürlə işləyən elektrik stansiyalarından daha çox istifadə ediləcək”, – Robert Habeck bazar günü verdiyi açıqlamada bildirib.

Almaniyanın Sosial Demokratlar, Yaşıllar və liberal FDP-dən ibarət hakim koalisiyası 2030-cu ilə qədər kömür istifadəsini dayandıracağına söz vermişdi. İndi kömürə qayıdış Şols iqtidarı üçün dönüş nöqtəsidir. Habek bildirib ki, hazırda anbarların 56,7%-i doludur, bununla belə o, vəziyyətin ciddi olduğunu və əlavə tədbirlərin görülməsinin lazım ola biləcəyini deyib. Almaniya hökuməti bu yaxınlarda vətəndaşları gərgin təchizat vəziyyəti fonunda enerji istifadəsini azaltmağa çağırıb.
 
"Aydındır ki, Putinin strategiyası qiymətləri yüksəltməklə bizi bölmək və tarazlığımızı pozmaqdır. Biz buna imkan verməyəcəyik”, - Habek bildirib.

Nurlan Hüseynov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->