İtaliyada parlament seçkilərinə start verilib.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, qeyri-leqal miqrant problemi və iqtisadi çətinliyin yaratdığı mövcud vəziyyət İtaliyada radikal sağ cinahın güclənməsinə səbəb olub.
2013-cü ildən bəri Aralıq dənizi vasitəsilə Libiyadan İtaliyaya gələn miqrantların sayı 600 min nəfərdir. Bu vəziyyətdən əhali, həmçinin siyasətçilər narahatdır. Sabiq baş nazir Silvio Berluskoni bunu "Sosial saatlı bomba" adlandırır və böyük deportasiyanı təklif edir.
Digər tərəfdən isə, İtaliya iqtisadiyyatı Beynəlxalq İqtisadi Böhran dövründən bəri ilk dəfə inkişafa başlayıb, lakin ümumi daxili məhsulun miqdarı hələ də böhrandan əvvəlki dövrdən aşağıdır.
Luiqi Di Mayonun rəhbərlik etdiyi "Beş Ulduz" seçkilərdə iştirak edəcək partiyalardandır.
2016-cı ildə baş nazir təyin edilmiş Matteo Renzi "Demokratik Partiya"ya rəhbərlik edir və seçkilərdə 3 kiçik partiya ilə koalisiya yaradıb.
Sabiq baş nazir Silvio Berluskoninin sağ cinahın təmsilçisi olan "Forza Italia" partiyası anti-miqrant mövqeyə sahib "Liqa" və sağ yönümlü "İtaliya Qardaşları" partiyası ilə koalisiya yaradaraq seçkilərə qatılıb.
Nəticələrin sabah səhər saatlarında məlum olacağı gözlənilir.
Gülşən