
İtaliya mətbuatında "Rubi" ləqəbi ilə tanınan və keçmiş baş nazir Silvio Berluskoni ilə cinsi əlaqəyə girdiyi iddia edilən mərakeşli Kərimə əl Məhruq jurnalistlərə açıqlama verib.
Qaynar.info-nun məlumatına görə, Berluskoninin Milan yaxınlığındakı Arkore qəsəbəsindəki villasında təşkil etdiyi "Bunqa bunqa" adlı kef məclislərində 18 yaşı olmadan cinsi əlaqəyə girməkdə ittiham olunan əl Mahruqi məhkəmənin keçirildiyi binanın qarşısında haqqında danışılanlar bərəsində açıqlama verib.
Əl Mahruq mətbuat vasitəsilə ona və Berluskoniyə qarşı psixoloji təzyiq edildiyini deyərək, "Mən fahişə deyiləm. Məni də dinləməlidirlər. Mətbuat Berluskonini vurmaq üçün məndən istifadə etdi. Bu gün əmin oldum ki, Berluskoni və mənə qarşı kampaniya aparılır. Mən, prokurorların məni dinləməsini istəyirəm. Mən pula görə cinsi əlaqəyə girmədim. berluskoni ilə aramda belə şey olmayıb" söyləyib.
Qaynar.info