Xəbər lenti

Bermud üçbucağında sirli ada yarandı: lənətli bölgəyə heç kim buraxılmır (FOTOLAR)
Dünya09:37 21.08.2017

Bermud üçbucağında sirli ada yarandı: lənətli bölgəyə heç kim buraxılmır (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ona Şeytan üçbucağı da deyilir. Yüz illərdir lənətli bir bölgə olaraq bilinən Bermud üçbucağı hələ də sirr olaraq qalmaqdadır.

"Qaynarinfo"nun məlumatına görə, haqqında yüzlərlə film çəkilən, minlərlə məqalə yazılan, təyyarə və gəmilərin tez-tez sirli şəkildə yoxa çıxdığı Bermud üçbucağında ötən həftələrdə daha bir sirli hadisə baş verib. Belə ki, daha öncə orada olmayan, sanki dənizin dərinliklərindən birdən-birə yüksələn yeni bir ada ortaya çıxıb. Adanın uzunluğu 1600 km, eni isə 120 metrdir. 

ABŞ-ın Şimali Karolina ştatının yaxınlığında yaranan adanın təhlükəli ola biləcəyi səbəbindən hökumət əhalini buradan uzaq tutmağa çalışır. Həmçinin adanı dövrəyə alan okean sularında köpək balıqlarının və güclü axının olduğu da bildirilir.

Qeyd edək ki, Bermud üçbucağı barəsində geniş araşdırmalar 1946-cı ildə amerikalı yazıçı Vincent Qaddisin müəmmalı şəkildə itən ABŞ hərbi donanmasına məxsus 5 Flight-19 bombardmançı təyyarələnin itməsi haqqında yazdığı məqalənin dərc edilməsi ilə başlıyıb. Bermud üçbucağı üzərində heç bir iz buraxmadan itən təyyarə və gəmilərin sayının 200-dən çox olduğu qeyd olunur.

Çingiz Səfərli

Qaynarinfo.Az