
Azərbaycan yığması sabah İtaliya yığması ilə oyuna çıxacaq.
ANS PRESS-in məlumatına görə, komandanın düşərgəsində artıq xoşagəlməz abu-hava yaranıb. Buna səbəb isə millinin üzvü Elvin Yunuszadənin son açıqlaması olub.
Belə ki, yığmanın üzvü, "Neftçi"nin müdafiəçisi Elvin Yunuszadə oyun öncəsi açıqlamalarında həyəcanlı olduğunu söyləyib. Futbolçunun inamsız açıqlamaları isə deyəsən baş məşqçinin xoşuna gəlməyib.
Yığmanın alman məşqçisi Berti Foqts qeyd edib ki, gənc futbolçu oyuna qorxa-qorxa çıxmamalıdır:
"Biz kişiyik. 18 yaşdan sonra kişi sayılırıq. 20-23 yaşında futbolçu qorxa-qorxa meydana çıxırsa, məncə, o başqa idman növünü seçməlidir. Mən 1,67 boyundayam. Amma hündürboy Matsoliyə qarşı oynamaq imkanım olub".
Qaynar.info