Xəbər lenti

Bərzani qərarını açıqladı: Referendum keçiriləcək?
Dünya15:18 24.09.2017

Bərzani qərarını açıqladı: Referendum keçiriləcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İraq Kürd Muxtariyyətinin rəhbəri Məsut Bərzani referendumla bağlı yekun qərarını açıqlayıb.

"Qaynarinfo" xəbər verir ki, Bərzani İraq konsitutsiyasına zidd olan müstəqillik referendumunun keçiriləcəyini bəyan edib.

İraq Kürd Muxtariyyətinin ofisindən verilən açıqlamada bildirilir ki, Bərzani Ərbilin Səlahəddin qəsəbəsindəki ofisində BMT-nin İraq təmsilçisi Jan Kubisi qəbul edib. Açıqlamada Bərzani və Kubisin referendumla bağlı müzakirələr apardığı bildirilir.

Beynəlxalq ictimaiyyətin və BMT-nin referendumu təxirə salmaqla bağlı çağrışlarına reaksiya verən Bərzani Kubisə "Referendum demokratiyanın ən sadə göstəricisidir. Qərarı xalq verib və bundan geriyə dönüş olmayacaq. Sentyabrın 25-də referendum keçiriləcək" deyib.

Aydın

Qaynarinfo.Az