
"Türkiyə ilə münasibətlərimizi normallaşdırmaq üçün əlimizdən gələni edəcəyik".
"Qaynarinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İraq Kürdüstan Regional Hökumətinin baş naziri Neçirvan Bərzani Kürdüstan İnkişaf Partiyası üzvləri ilə görüşdən sonra mətbuata açıqlamasında deyib.
O, bildirib ki, İraq Kürdüstan Regional Hökumətinin mövqeyi bəllidir və rəsmi Bağdadla qeyri-şərtsiz görüş tələb edirik. Bizə təzyiq edilməsi üçün İraqın mövcud məsələni digər ölkələrlə bölüşməsi nə İraqın, nə də digər dövlətlərin xeyrinə deyil. Abadi anlamalıdır ki, bu, İraqın daxili məsələsidir.
Qaynarinfo.Az