Dünya 21:51 03.12.2022

Beş il həbs və ya qlobal dövriyyənin 5%-i: Aİ sanksiyalardan yayınmağın cəzasını təyin etdi

Avropa İttifaqında sanksiyaya məruz qalan rusiyalı oliqarxları, məmurları və müharibənin qızışdıranların villalarının, yaxtalarının və vəsaitlərinin müsadirəsini asanlaşdırılması məqsədilə Avropa Komissiyası rəsmi olaraq yeni qanun təklif edib.

Qaynarinfo xəbər verir ki, Avropa Komissiyası hakimiyyət orqanlarına aktivləri müsadirə etməyə imkan verəcək pozuntuların siyahısını genişləndirərək, Avropa İttifaqında cinayət qanunvericiliyinin uyğunlaşdırılmasına dair direktiv təqdim edib.
 
İndi bura sanksiyalardan yayınmaq üçün tədbirlər daxildir. İndi bəzi ölkələrdə bu cür hərəkətlər yalnız inzibati xəta hesab olunur.

Aİ-nin bütün 27 ölkəsində, məsələn, təkcə məhdudlaşdırıcı tədbirlərdən yan keçmək və ya bu cür tədbirlərə kömək etmək deyil, həm də qara siyahıya düşən şəxsin vəsaitin son sahibi olduğunu gizlədilməsi də cinayət sayılacaq. Beləliklə, damokl qılıncının altında müxtəlif yurisdiksiyalardan istifadə edərək, saxta şirkətlərin, ofşor şirkətlərin və digər yollarla aktivləri gizlətməyə kömək edən mütəxəssislərdə olacaq. Bundan başqa, sanksiyaya məruz qalan şəxslərə hüquqi və vergi konsaltinq xidmətlərinin göstərilməsi də cinayət məsuliyyəti hesab edilir.

Bundan əlavə, bu cür pozuntulara görə məsuliyyət müəyyən edilir: fərdləri beş il həbs gözləyir, şirkətlər isə hökmdən əvvəlki maliyyə ili üçün qlobal dövriyyənin ən azı 5%-i məbləğində cərimə ilə üzləşəcəklər.

Avropa Komissiyasının nümayəndəsi Kristian Viqand mətbuat konfransında bildirib ki, bu gün Avropa Komissiyası sanksiyalar rejiminin pozulmasının bütün Avropa İttifaqında cinayət məsuliyyətinə cəlb edilməsi təklifini təsdiqləyib.

Direktiv Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir, qeyd edilir ki, parlament bu qanunu dəstəkləyir. Hökumətlərin bəyanatında deyilir ki, yeni qanun sanksiyalardan yayınma cəhdlərinə qarşı mübarizədə mühüm alət olacaq. Bu, həm də iqtisadi sanksiyalardan yayınma ilə mübarizəyə kömək edəcək, belə ki, Rusiya fəal şəkildə malların paralel idxalını, o cümlədən Qərbin tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərlə idxalı qadağan olunan malların idxalını qurmağa çalışır.
"Biz əvvəlcə Avropada, sonra isə üçüncü ölkələrdə sanksiyalardan yayınmağın qarşısını almaq istəyirik”, - Aİ-nin maliyyə xidmətləri üzrə komissarı Meyrid Makginnes deyib. Onun rəhbəri olduğu Aİ-nin sanksiya siyasətini həyata keçirən agentliyi məhdudiyyətlərdəki boşluqları müəyyən etmək və aradan qaldırmaq üçün Avropa gömrük məlumatlarını təhlil edir.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen çərşənbə günü bildirib ki, Aİ Rusiyanın 19 milyard avro dəyərində aktivlərini dondurub.

Direktivdə hazırda cinayət hesab edilən pozuntuların siyahısı verilib:

* sanksiya altında olan şəxsə və ya təşkilata və ya bu şəxslərin mənafeyinə görə pul vəsaitlərinin və ya iqtisadi vəsaitlərin verilməsi;
 
* bu cür vəsaitlərin dondurulmaması;
 
* belə şəxslərə Aİ-yə üzv dövlətlərin ərazisinə daxil olmalarına köməklik;
 
* Aİ tədbirləri ilə qadağan edilmiş və ya məhdudlaşdırılmış üçüncü ölkələrlə əməliyyatların aparılması;
 
* idxalı, ixracı, satışı, alınması, ötürülməsi, tranziti və ya daşınması qadağan edilmiş və ya məhdudlaşdırılmış mal və ya xidmətlərin ticarəti;

* qadağan edilmiş və ya məhdudlaşdırılmış maliyyə xidmətlərinin göstərilməsi;
 
* hüquqi və vergi məsləhəti, etibarlı idarəetmə kimi qadağan edilmiş və ya məhdudlaşdırılmış digər xidmətlərin göstərilməsi.

Nizami Bağırov