Bəşər Əsədə məxsus ordu bu gün on altı İraq azərbaycanlısını qətlə yetirib.
Qaynar.info axar.az-a istinadən xəbər verir ki, Suriyanın Hama şəhərinə bağlı olan Tulluf Türkman bölgəsində Əsəd ordusunun əsgərləri on altı türkmanı Savran kəndinə keçərkən pusquya salaraq öldürüblər.
Xatırladaq ki, İŞİD-in Mosulda qırğınlar törətdiyi bir vaxtda başqa bir tərəfdən də Bəşər Əsədə məxsus qüvvələr İraq azərbaycanlılarını qətlə yetirirlər.