Xəbər lenti

Bəşər Əsəd bu ölkələrdən yardım istədi
Dünya14:23 27.03.2013

Bəşər Əsəd bu ölkələrdən yardım istədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Suriya prezidenti Bəşər Əsəd ölkəsində 2 lidir davam edən vətəndaş müharibəsini başa çatdırmaq üçün Cənubi Afrikada toplaşan BRİCS ölkələri - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasından (CAR) yardım istəyib. 

Qaynar.info-nun məlumatına görə, Suriyanın SANA xəbər agentliyi bildirib ki, Əsəd CAR prezidenti Yakob Zumaya göndərdiyi məktubda Suriyanın Ərəb və digər ölkələr tərəfindən terror aksiyalarına məruz qaldığını yazıb. 

BRİCS-in xaricilərin daxili işlərinə müdaxilə etdiyi Suriya xalqı üçün böyük bir ümid mənbəyi olduğunu bildirən Əsəd BRİCS ölkələrinə problemin həll edilməsi və ölkədə gərginliyin başa çatmasında yardım etmələri üçün çağırış edib: "Bütün dünyada sülh və təhlükəsizliyin əldə olunması üçün səy göstərən BRİCS ölkələrindən haqsız və qanunsuz iqtisadi sanksiyalara məruz qalan Suriya xalqına yardım etməsini istəyirik". 

Qaynar.info