Xəbər lenti

Bəşər Əsəd dünyaya meydan oxudu
Dünya13:00 29.08.2013

Bəşər Əsəd dünyaya meydan oxudu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Zəfər bizim olacaq"

"Zəfər bizim olacaq və biz özümüzü müdafiə edəcəyik". ANS PRESS-in məlumatına görə, bunu son bir necə gündə dünyanın əsas diqqət mərkəzində olan Suriya prezidenti Bəşər Əsəd deyib. Livanın "Əl Əkbər" qəzetinin yaydığı məlumata görə, Əsəd suriyalı rəsmilərə xitab edib. O, müraciətində bu mübarizədən zəfərlə çıxacağını qeyd edib.

"Bildiyiniz kimi böhran başlayandan bu yana biz əsl düşmənimizin özünü ortaya çıxarmasını gözlədik. Əhval ruhiyyənizin yaxşı olduğunu və vətəni qorumaq üçün hər hansı bir hücuma qarşı hazırlıqlı olduğunuzu bilirəm. Bu, bizim zəfərlə çıxacağımız tarixi bir qarşıdurmadır".

Bundan əlavə Suriya dövlət televiziyasında yer alan məlumata görə, Bəşər Əsəd yəmənli siyasətçiləri qəbul edərkən ölkəsinin hər hansı bir hadisə baş verəcəyi təqdirdə özünü müdafiə edəcəyini və bu təhdidlərin Suriyanın azadlığa olan sevgisinin daha da artırdığını qeyd edib.


Qaynar.info