Xəbər lenti

Bəşər Əsəd gizli olaraq Moskvaya gedib
Dünya10:11 28.07.2016

Bəşər Əsəd gizli olaraq Moskvaya gedib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Suriya prezidenti  Bəşər Əsəd iyunun əvvəllərində gizli olaraq Moskvaya gəlib və Rusiya prezidenti Vladimir Putunlə danışıqlar aparıb. 

"Qaynarinfo.Az" rus mətbuatına istinadən xəbər verir ki, danışıqlarda Rusiya ilə Suriyanın birgə fəaliyyət planı müzakirə olunub.

Plan isə avqustun əvvəlində ictimailəşdiriləcəyi deyilir. Danışıqlarda həmçinin Suriyanın İsraillə münasibətlərinin tənzimlənməsi, daha dəqiq desək, ikincinin Colan yüksəkliklərindən çəkilməsi götür-qoy edilib.

Rus mətbuatı xatırladır ki, iyulun 14-də ABŞ Dövlət katibi Con Kerrinin Moskvaya səfəri zamanı Rusiya tərəfi Əsədi ciddi müdafiə etmiş, onun hakimiyyətdən getməsinin müzakirə mövzusu ola bilməyəciyini ifadə etmişdi.

Ehtimal olunan görüşdən iki həftə sonra isə Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu Suriyaya getmiş, Putinin tapşırığı əsasında terrorla birgə mübarizə haqqında Bəşər Əsədlə danışıqlar aparmışdı.

Qeyd edək ki, Bəşər Əsəd sonuncu dəfə Rusiyaya 2015-ci ilin oktyabrında rəsmi səfər edib.

Qızılgül

Qaynarinfo.Az