
Beynəlxalq icktimaiyyətin istefasını tələb etdiyi bir vaxtda Suriya prezidenti Bəşər Əsəd Dəməşq küçələrində görüntülənib.
Qaynar.info-nun məlumatına görə, Əsəd xanımı ilə birlikdə "Porsche" markalı avtomobili ilə mühafizəsiz gəzib.
Görüntülərin nə vaxt çəkildiyi məlum deyil. Ancaq video sosial şəbəkələrdə mayın 16-da yüklənib.
Cütlük Dəməşq küçələrində suriyalılar tərəfindən alqışlarla qarşılanır.
Qaynar.info