Xəbər lenti

Bəşər Əsəd Obamaya məktub göndərdi
Dünya12:04 06.05.2013

Bəşər Əsəd Obamaya məktub göndərdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Suriya prezidenti Bəşər Əsədin Vaşinqtona məktub göndərdiyi bildirilir. 

Qaynar.info-nun məlumatına görə, Küveytin "Alrai" qəzeti Bəşər Əsədin Vaşinqtona Moskva vasitəsilə məktub göndərdiyini, İsrailin yeni zərbələr endirəcəyi təqdirdə cavab verəcəkləri ilə bağlı xəbərdarlıq etdiyini bildirib. 

Qəzet bildirib ki, Əsəd Vaşinqtonun cavab verməsi üçün 24 saat gözləyəcək. İsrail Suriyaya yenidən zərbələr endirərsə, bu bir müharibə elanı kimi qəbul olunacaq. 

Lakin Rusiyanın Suriyadakı səfirliyi İnterfax agentliyinə Əsədin Moskva vasitəsilə ABŞ-a məktub göndərdiyi ilə bağlı açıqlama vermək istəməyib. 

"Biz də mətbuatda yer alan məlumatları təqib edirik. Hazırda səfirlik olaraq hər hansı açıqlama vermək istəmirik" deyə bildirilib. 

Qaynar.info