
Qaynar.info-nun məlumatına görə, bu barədə Londonda nəşr olunan "El Quds El Arabi" qəzeti xəbər verib.
Gələn il keçiriləcək prezident seçkiləri üçün namizədliyini irəli sürəcəyini deyən Əsəd, "Seçkiyə getməsəm belə Dəməşqdən getməyəcəm. Bura mənim vətənimdir. Ailəm və dostlarım buradadır. Prezident olmasam belə öz klinikamda diş həkimliyi edərək suriyalılara xidmət edəcəm" deyib.
Ölkəsində baş verən hərbi əməliyyatlarda ölənlərə görə üzüldüyünü deyən Əsəd, "Qətliam görünrüləri çox ağırdır. Bəzi insanlar mənim də ətdən, sümükdən olduğumu unudur. Mən vəhşi heyvan deyiləm və unutmayın ki bir həkiməm, ölüm görmək məni ağrıdır" söyləyib.
Qaynar.info