
Suriya prezidenti Bəşər Əsəd ölkədə vətəndaş müharibəsi başlayangündən bəri ilk dəfə ABŞ telekanalına müsahibə verib.
Qaynar.info xəbər verir ki, CBS kanalının müxbiri Çarli Roz prezident Bəşər Əsəddən müsahibə aldığını bildirib. CBS kanalının xəbər bülleteninə qoşulan Roz Əsədə baş verən kimyəvi silah hücumu və Suriyaya qarşı hərbi müdaxilə ilə bağlı suallar verdiyini bildirib.
Roz Əsədin 1500-ə yaxın insanın ölümü ilə nəticələnən kimyəvi hücumla heç bir əlaqəsi olmadığını, belə bir əmr vermədiyini iddia etdiyini deyib.
"Kimyəvi hücumla bağlı peşmanlıq hissi keçirirsinizmi?" sualına Əsəd, "Bəli. Peşmanam" cavabını verib.
Qaynar.info