
Moskvada səfərdə olan Suriya xarici işlər naziri Vəlid Müəllim Rusiyanın kimyəvi silahları beynəlxalq ictimaiyyətə təhvil verməsi ilə bağlı təkliflini qəbul etdiklərini açıqlayıb.
Qaynar.info xəbər verir ki, Müəllim bunu Duma sədri Sergey Narışkinlə görüşündən sonra jurnalistlərə verdiyi açıqlamasında deyib.
"Rusiya xarici işlər naziri Sergey Lavrovla önəmli görüş keçirdik. O bizə kimyəvi silahlarla bağlı təkliflər verdi. Biz də bunu qəbul etdik" deyə Müəllim bildirib.
Qaynar.info