
Suriya prezidenti Bəşər Əsəd Dəməşq, Xums və ölkənin dəniz sahili əraziləri daxil olmaqla Şiə dövləti qurmağa hazırlaşır.
Qaynar.info-nun məlumatına görə, bu barədə İngiltərənin "The Guardian" qəzeti xəbər verib.
Qəzet bildirib ki, Əsəd bu dövlətin qurulmasını razılaşdırmaq üçün İsrailə gizli bir nümayəndə də göndərib.
Son 6 ay ərzində yüksək səviyyəli suriyalı diplomatların regiondakı düşmən ölkələrlə şiələri qorumaq üçün danışıqlar apardıqları bildirilib. Məlumata görə, Suriyanın tanınmış diplomatlarından biri Bəşər Əsəd tərəfindən İsrailə göndərilərək keçmiş xarici işlər naziri Aviqdor Libermanla görüşüb. Suruiyalı diplomat qurulması nəzərdə tutulan Şiə dövlətinə israilin dəstək verməsini istəyib.
Suriyalı diplomatın israilli həmkarına qurulacaq yeni ölkənin sərhədlərinin çəkiləcəyi təqdirdə yurdsuz qalmış insanların İsrailin işğalı altında olan Qolan təpələrinə göndəriləcəyini söylədiyi bildirilib.
"The Guardian" Libermanın bu təkliflə razılaşdığını, ancaq keçmişdə baş verən hadisələrin araşdırılması üçün məlumat istədiyini yazıb.
Qəzet Xums kimi sünnilərin çoxluq təşkil etdiyi şəhərlərdə insanların etnik təmizləmə siyasətilə qarşı-qarşıya qalmaq qorxusu yaşadıqlarını da bildirib.
Qaynar.info