
Suriya prezidenti Bəşər Əsəd ölkədə baş verən hadisələr zamanı həlak olan tələbələrin xatirəsinə ucaldılan "Şəhid Abidəsi"nin açılışına qatılıb.
Qaynar.info-nun məlumatına görə, Dəməşq Universitetində keçirilən mərasimlə bağlı Əsədin Facebook hesabında paylaşılan görüntülərdə bir qrup gəncin prezidenti əhatəyə aldığı görüntülənir.
Qeyd edək ki, Suriyada müharibənin başlamasından bu yana xalq arasında nadir hallarda görünən Əsədin bir həftə ərzində iki dəfə cəmiyyət arasına çıxması çox diqqət çəkib.
Prezident 1 May münasibətilə Dəməşqdəki elektrik stansiyasında işləyən fəhlələrlə görüşmüşdü.
Qaynar.info








