Xəbər lenti

Bəşər Əsəd yenidən Suriya prezidenti seçildi
Dünya04:13 05.06.2014

Bəşər Əsəd yenidən Suriya prezidenti seçildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Suriyada keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı Bəşər Əsəd 88,7% səslə qalib gəlib.

APA-nın “Gazeta.ru” saytına istinadən verdiyi məlumata görə, bunu ölkə parlamentinin spikeri Məhəmməd əl-Laxam bəyan edib.
 
Seçkilərdə 11,6 milyon nəfər iştirak edib, seçici fəallığı 73,4% təşkil edib.
 
ABŞ, Avropa Birliyi seçkiləri qeyri-legitim sayırlar, Rusiyadan olan müşahidəçilər isə seçkilərdə pozuntuların olmadığını bəyan ediblər.
 
Hazırki prezidenti Bəşər Əsəd ilə prezident postu uğrunda 45 yaşlı solçu deputat Mahir Abdul və  54 yaşlı sabiq nazir, iş adamı Həsən ən-Nuri mübarizə aparıblar.
 
Qeyd edək ki, 2014-cü ilin martında Suriya parlamenti ölkə tarixində ilk dəfə olaraq, bir neçə nəfərin prezident seçkilərində iştirak etməsinə imkan verən qanun layihəsini təsdiqləyib.

Qaynar.info